11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Atasının itkin düşdüyünü demişdi, özü öldürüb basdırıbmış - Azərbaycanda DƏHŞƏT


Gəncə şəhərində oğul atasını öldürüb basdırdıqdan sonra onun itkin düşməsi barədə polisə məlumat verib.
Atia.az  xəbər verir ki, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib.
O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb. Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdılırıb.
M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.


Tarix: 13-12-2021, 09:09 Oxunub: 206


Bölməyə aid digər xəbərlər