11 "WhatsApp" qrupu açıb, 1 milyon manatdan çox pulu mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp" qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan, 1990-cı il təvəllüdlü qadının dələduzluq faktı aşkar ediləndən sonra həyat yoldaşından da ayrılıb.

Aqil Vəlili


Tarix: 30-04-2025, 08:55 Oxunub: 903


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31