"Oğrular tapıldı, bu gün pulumuz geri qaytarıldı" - Aynişan Quliyeva

Əməkdar artist Aybəniz Haşımovanın qızı bloqer Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb.

Bu haqda A. Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı”, - C bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Aybəniz Haşımova teleqram hesabında qızının adından yazılmaqla ondan 1200 manat oğurlandığını açıqlamışdı.

Tarix: 29-04-2025, 17:28 Oxunub: 843


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31