Keçmiş polis arvadını öldürüb meyitini parçaladı -İSPANİYADA

İspaniyanın Las Palmas əyalətində keçmiş polis 2020-ci ildə arvadını öldürdüyünü və onu kiçik parçalara ayırdığını etiraf edib.

Xarici mediaya istinadla bildiririk ki, fevralın 11-də 70 yaşlı Migel Qaleqo Pousad həyat yoldaşının itkin düşməsi ilə bağlı növbəti dindirməyə çağırılıb. Dindirilmə zamanı kişi müstəntiqlərə 2020-ci ilin martında arvadı ilə şiddətli dava etdiyini deyib.

Onun sözlərinə görə, aralarındakı mübahisə davaya çevrilib, qadın yıxılaraq başı döşəməyə dəyib. Bundan sonra özünə gəlməyib, ona görə də kişi cəsəddən qurtulmağa çalışıb. O, qalıqları xırda-xırda doğrayaraq çantalara yığıb.

Bir neçə gündən sonra keçmiş polis paketləri kürək çantasına qoyub Qran Kanariya adasının müxtəlif yerlərinə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sümüklərin bir hissəsini ticarət mərkəzlərindən birinin yaxınlığında aşkar ediblər.

Polisin həyat yoldaşının 59 yaşı olub və aşpaz işləyirmiş. Onların iki qızı var idi. Qadın əvvəllər məişət zorakılığı halları barədə şikayət etməyib.


Tarix: 19-02-2025, 11:57 Oxunub: 673


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31