Ağsuda silahlı narkokuryerlər saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


APA


Tarix: 25-01-2025, 10:21 Oxunub: 381


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31