21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Avtomobilində “Kalaşnikov” gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu - VİDEO

      Sabunçu RPİ-nin keçirdiyi əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azad Aslanov saxlanılıb.
 DİN-in Mətbuat xidmətinin məlumatına əsasən,  onun üzərindən və Maştağa qəsəbəsində yerləşən evindən 3 kiloqrama yaxın heroin aşkar olunub. Azad Aslanov narkotk vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Həyata keçirilən daha bir əməliyyatla avtomobilində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub. Əməliyyat zamanı Rəşad Rəşidov Bilgəh qəsəbəsi ərazisində saxlanılıb və onun idarə etdiyi “VAZ 21014” markalı avtomobilə baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat, sandıqça və 3 ədəd patron aşkar olunub.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Tarix: 16-01-2023, 13:30 Oxunub: 128


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı