Masallıda 11 il öncə törədilmiş cinayətin üstü açıldı

On bir il öncə Masallıda cinayət törədənlər həbs olunub.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib, onların 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.


Publika.az 


Tarix: 21-01-2025, 11:43 Oxunub: 344


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31