Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb

Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıb.

Həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Z. Hüseynov və N. Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.


Fuad Nazimoğlu, APA


Tarix: 9-01-2025, 14:46 Oxunub: 468


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031