Vəkilləri məhkəməyə gəlmədi, iclas təxirə salındı

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə prosesi başlayıb.

İş üzrə təqsirləndirilən şəxslər- Mərkəzin rəhbəri Mehriban Abasquliyeva Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli bəlli saatda məhkəmə zalında hazır olublar. Onların hər biri istintaq dövründə azadlıqda olublar.

Mehriban Abasquliyevanın vəkilləri isə məhkəməyə gəlməyiblər. Abbasquliyeva hakimin diqqətinə çatdırıb ki, onun vəkillərinin ikisi də iştirak edə bilməyəcəkləri ilə bağlı məhkəməni məlumatlandırıblar. Bu səbəbdən hazırlıq iclasının keçirilməsi mümkün olmayıb.

İclas oktyabrın 7-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.


Tarix: 23-09-2024, 17:01 Oxunub: 270


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031