Qəza törədib qaçan “Prius” marketə girdi

Paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə dünən səhər saat 08:08 radələrində qeydə alınıb.

Belə ki, 77-DA-426 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin idarəetməni itirərək yolun kənarındakı  marketə çırpılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Xəzər rayonu Sergey Yesenin küçəsində baş verib. “Toyota Prius” markalı avtomobil “Opel Zafira” markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb. Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istəsə də, idarəetməni itirərək obyektə dəyib.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 3-09-2024, 12:48 Oxunub: 444


Bölməyə aid digər xəbərlər
12-06-2024, 15:06 Bu dondurmaları yeməyin!


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31