Bakıdakı dəhşətli qəza ilə bağlı son məlumat

    Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 
Qurumdan bildirilib ki, hadisə bu gün səhər 08:20-də Bakı-Qazax yolunun 55 kilometrliyində qeydə alınıb. 
      Hadisə zamanı biri yanacaqdaşıyan maşın olmaqla üç avtomobil toqquşub. 
Qəzadan sonra yanğın başlayıb. 
   Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 
     Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel”, 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” və 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobillər toqquşub. 
Qəza nəticəsində “Mercedes”in sürücüsü həyatını itirib.
    Faktla bağlı araşdırma aparılır.



Tarix: 3-01-2023, 10:49 Oxunub: 419


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31