Dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd etdi, xəsarət aldı

Bu gün saat 12:40-da “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb. Bu barədə QSC-yə istinadən xəbər verilir.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: “Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb”.

“ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, - deyə məlumatda qeyd edilib.


Tarix: 21-08-2024, 13:08 Oxunub: 411


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31