AFFA azarkeşlərə butulka atan futbolçunu cəzalandırdı

AFFA "Neftçi"nin futbolçusu Ervin Koffini cəzalandırıb. AFFA-nın saytına istinadən xəbər verilir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib. 

Azərbaycan Premyer Liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu (1:1) bitdikdən sonra Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb. “Neftçi” isə futbolçusunun bu hərəkətinə görə 2000 manat cərimələnib.

Qeyd edək ki, sözügedən matçdan sonra azarkeşlər etiraz ediblər və iğtişaş yaradıblar. Ervin Koffi isə fanatlara butulka atıb. 


Tarix: 15-08-2024, 14:49 Oxunub: 404


Bölməyə aid digər xəbərlər
14-11-2022, 10:21 Son 5 mövsümün REKORDU


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031