AFFA İntizam Komitəsinin iclasında U-14 və U-15 liqalarının son oyunlarında baş verən neqativ hallarla bağlı hüquqi qiymət verilib. Toplantıda iki baş məşqçi və bir komanda rəsmisi də cəzalandırılıb.
AFFA U-15 Liqasında keçirilən “Sumqayıt” FK - “Qəbələ” İK oyununda qonaq komandanın cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlətməsinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.
AFFA U-14 Liqasında keçirilən “Qəbələ” İK - “Azart” oyunu bitdikdən sonra “Azart” komandasının baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb.
AFFA U-14 Liqasında keçirilən “Şirvansaray” FK - “Astara” FK oyununda qonaq komandanın rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalandırılıb.
Bölməyə aid digər xəbərlər