11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ATÇILIĞI və ATÇILARIMIZI MƏHVƏ GETMƏKDƏN XİLAS EDİN, CƏNAB PREZİDENT!!!

Atçılıq idman növü kimi tarixidə qədimdir. Hələ eramızdan əvvəl 680-ci ildə olimpiya oyunlarında  döyüş arabaları iştirak edib. Eramızdan əvvəl 684-cü ildə atla cıdıra çıxmaq isə olimpiadanın proqramına daxiledilib. Atçılığın inkişafı prosesində 3 əsas   3 əsas at növü yaranıb,onlardan minik, çalışqan və ağır yükdaşıyıcı kimi istifadə olunub. Dünyada 1930-cu ildə 120 milyon baş, 1947-1952-ci illərdə 79,7milyon, 1970-ci ildə isə 66,3 milyon baş at olub. Hazırda dünyada 200-dən çox at cinsi mövcuddur. Atçılıq yarışları isə əsl mübarizə meydanıdır. Bu idman növü üzrə yarışlar maneələri dəfetmə, atla ovetmə, atla xizək, məsafəni qətetmə, cıdır və digər növlərdə keçirilir.

Azərbaycanda isə atçılıq qədim zamanlardan qalma peşədir. Hətta Herodot yazır ki, Midiyada Nise adlanan geniş vadidə çox şahanə atlar saxlayırlar. Qədim Albaniyada da atçılıq yüksək səviyyədə inkişaf edib. Adı çəkilən tayfalar atdan orduda və təsərrüfat işlərində geniş istifadə ediblər. Akademik B.A.Kaufman ölkəmizin ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir.
Amma təəssüf ki, son vaxtlar Azərbaycan atçılarının, daha doğrusu, atçılıq idman növünün problemləri getdikcə daha da ciddiləşir. 
 Azərbaycan atçıları yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılması xahişi ilə ölkə başçısı İlham Əliyevə müraciət edirlər.
Bu gün keçirilən mətbuat konfransında iştirak edən atçılar vəziyyətin getdikcə pisləşdiyini, atçılığın göz görə-görə məhvə getdiyini bildirirlər.

Mətbuat konfransında iştirak edən atçılardan:
Rəşad Əhmədov - Xan xan Atçılıq idman klubunun rəhbəri,
- Nazim Azayev - çapar-məşqçi,
 - Ramiz İbrahimov - məşqçi,
- Şəmsəddin Atayev - məşqçi
- Elşən Ənsərov - məşqçi,
- Anar Balahəsənov - məşqçi,
- Səxavət Azayev - məşqçi,
- Vüsal, Hilal Nəzərov - çapar,
- Orxan Hacıbəyli  - çapar
- Elşad Nəzərov çapar və s.



Cənab Prezidentə müraciətlərində bildirilirlər: -
   Möhtərəm Cənab Prezident! Sizin Qarabağ və Dilboz cinsli atların artırılması və yetişdirilməsinə yönəlmiş qərarlarınız bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması və damazlıq işlərinin aparılmasına göstərdiyiniz diqqət ümumilikdə bu sahəyə olan qayğının göstəricisidir. Bütün bunlara görə, Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirik ki, istənilən damazlıq seçiminin son mərhələsi atlar cıdır meydanına çıxarılmadan həyata keçirilə bilməz. Sizin tapşırığınızla bu işin təşkili 2010-cu ildən etibarən Respublika Atçılıq Federasiyasına həvalə olunub. Üzərindən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan atçılığı bütün digər idman növlərindən geridə qalıb, demək olar ki, tam tənəzzülə uğrayıb. Bu müddət ərzində at yarışlarını lazımi səviyyədə keçirmək mümkün olmayıb. Daha çox reklam xarakterli tədbirlər keçirilib. Yarışlarda uduşların verilməsi problemə çevrildi. Mədəni və kütləvi idman sahəsi olmasına baxmayaraq, əksər at sahibləri və həvəskarlar cıdır meydanından uzaqlaşdırıldı. Bu işdə ən çox ziyan çəkən məhz milli atçılığımız oldu. Gözlənilirdi ki, Sizin göstərişlərinizdən sonra Qarabağ və Dilboz cinsli atları yetişdirənlərə dəstək olunacaq, lakin bütün ümidlərimiz puç oldu. Məmurlara qarşı ciddi xəbərdarlığınıza baxmayaq, Azərbaycan Atçılıq Federasiyasında çaparlara, mehtərlərə, məşqçilərə və at sahiblərinə qarşı özbaşınalıq, haqsızlıq davam edir. 2019-cu ilin may ayında cıdır mövsümünün bağlanışı olub.  Dəfələrlə Atçılıq Federasiyasına müraciət etsək də, müxtəlif bəhanələr gətirərək bizi cavabsız qoyublar”.

Konfrans iştirakçıları problemlər barədə məlumatlar verdilər.

"Omar klub"da Cövken komandasının yaradıcısı və rəhbəri Xəyal Abdulrəhmanov 2019-cu ildə keçirilən yarışlarda ən yüksək nəticə göstərərək Möhtərəm Prezidentimizin kubokunun qalibi olub, həmin tədbirdə TÜRK dünyasının lideri R.T.Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib və həmin kuboku məhz qalib komandaya B.Ərdoğan təqdim edib.


Mətbuat konfransına dəvət olunan digər media nümayəndələri kimi ATİA.AZ saytı da bu konfransda qaldırılan problemlərin ictimailəşdirilməsi və aidiyyatı qurumlara çatdırılması üçün öz imkanlarından istifadə edərək hazırladığımız video çəkilişləri təqdim edirik. Ümüdvarıq ki, Cənab Prezident bu işi öz nəzarətinə götürəcək və imzaladığı sərəncama əməl etməyib Atçılıq idmanını məhvə sürükləyənləri layiqincə cəzalandıracaq.


Tarix: 24-09-2021, 19:45 Oxunub: 1 167


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı