21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Allahşükür Paşazadə məzunlara neçə milyon ziyan vurub ?

Bakı İslam Universitetinin təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsi məzunlara saxta diplom verib və bu məhkəmə qaydasında sübut olunub.

Hazırda yüzlərlə məzunun təzminat və vurulmuş maddi-mənəvi zərər - ziyana görə Qafqaz Müsəlmanları İdarəsini məhkəməyə verəcəyi gözlənilir. 

Qeyd edək ki, əsasən maddi, sosial durumu ağır olan bu məzunlar illərdir məhkəmə yollarında süründürülür. Bakı İslam Universiteti fəaliyyəti dövründə qanunsuz filiallar açıb, xaricə qanunsuz tələbə göndərib, Azərbaycanın təhsil haqda qanunları ilə yox İranın qanunları ilə idarə olunub.

Yəni, Azərbaycan dövlətinin təhsil haqda qanunlarına məhəl qoymayıb, lisenziya almayıb, akkreditasiya olmayıb, test üsulu ilə imtahan götürməyib. İranın dini təhsil sisteminə uyğun işləyib. Diplomlarının dövlət nümunəli diplomla əvəzlənməsi üçün mübarizə aparan yüzlərlə məzunun işi ilə bağlı Ali Məhkəmə yekun qərar qəbul edərək günahkar və cavabdeh tərəfin Təhsil Nazirliyi deyil, Qafqaz Müsəlmanları İdarəsi və Bakı İslam Universiteti olmasını sübut edib.

 Təhsil və məhkəmə prosesləri zamanı məzunlara dəymiş milyonlarla manat dəyərində maddi - mənəvi ziyan və illərdir elmi sahədə məhdudiyyətlərlə üzləşdiklərinə görə təzminat üçün məhkəməyə müraciət ediləcək.

Məzunlar qeyd edib ki, təziq və təhdidlərə baxmayaraq qanunla irəliləyəcəyik. Heç kəs heç kəsin haqqını yeyə bilməz. Bizə olunan bu haqsızlıq mənəvi dəyərlərə, dinə, İslam adına böyük ləkədir. Nə diplomumuzu vermədilər, nə də vurduqları ziyanı ödəmək istəmirlər. Bu mübarizədə artıq yaşımız keçsə də geri çəkilən deyilik. Milli, vətənpərvər ruhda olan bizi kimi ilahiyyatçıları məhv edə bilməyəcək xarici maraqlara xidmət edənlər. Biz dövlətimizə, dövlət başçımıza inanırıq və ədalətin bərpa olunmasına əminik. Bizim pullarımızla özlərinə bahalı villalar tikdirib Leksus, Mersedeslər alanlar bu gün kef çəkir, biz isə işsiz, elmi işimizi belə müdafiə edə bilmirik. 

Məhkəmə proseslərini davam etdirmək üçün maddi vəziyyətimiz tamamilə ağır olsa da borcla, kreditlə, dilənməklə də olsa davam edəcəyik. Din pərdəsinə girənlər bizim haqqımızı yeyə bilməz, deyə bir qrup məzun vurğulayıb. (arx.az)


Tarix: 30-06-2024, 16:01 Oxunub: 240


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı