Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb?

Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Belə ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur. Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.
 
AQTA-dan araşdırma başladıldığı bildirilib: "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".


Tarix: 10-06-2024, 12:59 Oxunub: 406


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031