Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb

Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xadimə işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb. Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Tarix: 29-04-2024, 12:29 Oxunub: 277


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031