Abşeronda evlərə qənim kəsilən şəxs tutuldu

  Abşeron rayonu Saray qəsəbəsi ərazisində iki evdən ümumilikdə 8 515 manat və 12 655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 221-ci (xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib. 
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib. 
Şübhəli şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Tarix: 28-01-2021, 11:43 Oxunub: 505


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930