Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı

   Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. Bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.
   Belə ki, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusuna ilişib. Vəziyyətinin ağır olması və yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilib. Dırnaq körpənin nəfəs borusundan çıxarılıb.


Tarix: 28-03-2024, 16:29 Oxunub: 335


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31