Dünya Bankı 2023-cü ildə qlobal tənəzzül riskinin artacağını açıqlayıb, çünki mərkəzi banklar eyni vaxtda yüksək inflyasiyaya qarşı faiz dərəcələrini artıracaqlar.
Bank, dünyanın üç ən böyük iqtisadiyyatının, yəni ABŞ, Çin və Avrozonanın kəskin şəkildə yavaşladığını bildirib:
“Dünyanın hər yerində mərkəzi banklar inflyasiyaya cavab olaraq faiz dərəcələrini eyni vaxtda artırdıqca, dünya 2023-cü ildə qlobal tənəzzülə və yüksəlməkdə olan bazarlara və inkişaf etməkdə olan iqtisadiyyatlara daimi ziyan vuracaq bir sıra maliyyə böhranlarına doğru irəliləyə bilər”.
Dünya Bankının prezidenti Devid Malpass, “Aşağı inflyasiya dərəcələrinə, valyuta sabitliyinə və daha sürətli böyüməyə nail olmaq üçün siyasətçilər diqqətlərini istehlakın azaldılmasından istehsalın artırılmasına yönəldə bilərlər. Siyasətlər, artım və yoxsulluğun azaldılması üçün vacib olan əlavə investisiyalar yaratmaq, məhsuldarlığı və kapitalın bölüşdürülməsini yaxşılaşdırmağa çalışmalıdır” deyib.
Bu tendensiyanın gələn il də davam edəcəyinə diqqət çəkən açıqlamada hazırda gözlənilən faiz artımlarının və digər siyasət tədbirlərinin qlobal inflyasiyanın pandemiyadan əvvəlki səviyyələrə qayıtması üçün kifayət etmədiyi bildirilib.
Manset.az
Bölməyə aid digər xəbərlər