Bu tablonu Yusuf Dikeçə hədiyyə etmək istəyirəm - Azərbaycanlı rəssam

Azərbaycanlı rəssam Xətai Abdullayevin türkiyəli atıcı Yusuf Dikeçə həsr olunan rəsmi Türkiyə mediasının böyük marağına səbəb olub. Rəsmdə Yusuf Dikeçin “Paris-2024” Yay Olimpiya Oyunlarında bir əli cibində yarışaraq göstərdiyi performans əks olunub.

Başda Anadolu Agentliyi olmaqla Türkiyənin bir çox media qurumu həmvətənimizin çəkdiyi rəsm barədə xəbər hazırlayıb. Türkiyə mediasına müsahibə verən Xətai Abdullayev Dikeçin rəsmində türk millətinin qürur duyduğu bütün idmançıları təmsil etdiyini bildirib.
 
“Rəsmin bir parçası olan hədəf lövhəsində Yusuf Dikeçin vurduğu nöqtəni çəkməyi unutduğumu düşünənlər olub. O hissəni Dikeçin atəş edərək vurması üçün boş saxladım. Çox sayda insan rəsmi almaq istədi. Mən isə bu tablonu Yusuf Dikeçə hədiyyə etmək istəyirəm. O, rəsmin ortasına atəş etdiyi zaman əsər tamamlanmış olacaq”, - deyə rəssam müsahibəsində bildirib.
 
Qeyd edək ki, həmvətənimiz Türkiyənin Ədirnə şəhərində yaşayır.


Tarix: 16-08-2024, 20:10 Oxunub: 481


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31