11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ŞƏHƏRİN MƏRKƏZİNDƏ PİYADA KEÇİDİ ÜZƏRİNDƏ ÖLÜM SAÇAN TƏHLÜKƏ - QAZAXDA

     Qazax şəhəri, M. Carçıyev küçəsi, mərkəzi bazarın arxası əhalinin ən sıx olduğu  ərazidir.  
Çünki şəhərin mərkəzi olduğu öz yerində,  həm də mərkəzi bazarın ətrafı olduğu üçün burada  sıxlıq daha çox müşahidə olunur.
Mərkəzi yolla kəsişmənin təxminən 50 metr məsafəsində, piyada keçidinin tən ortasında yüksək gənginlikli  paylayıcı  trasfomotor quraşdırılıb. 
    Yüksək gərginlikli paylayıcı trasfomotorun piyada keçidi xətti  üzərində quraşdırılmağı isə  tam ayrı bir dərddir.
Paylayıcı trasfomotor heç bir qoruyucu təhlükəsizlik  zolağı ilə əhatə olunmayıb.
Oradan  hər gün yüzlərlə  insan keçir.   Uşaq,  qadın, kişi,  ahıl yaşlı insanlar  və ümumən heç bir kəs bu təhlükədən sığorta olunmayıb.
    Burada hər an ölüm və ya digər  bədbəxt hadisə ola bilər.  Bəs onda  bu günah kimin boynuna yazılacaq?   Günahkar  kim olacaq? 
  Zərər çəkən sadə vətəndaşmı, yoxsa işinin  məsuliyətini başa düşməyən məmurmu?
    Təssüf ki,  suallar ar -arda düzülür,  sualları  biz yaratmırıq.  Sualları  məsuliyyətsiz  şəxslərin yaratdığı mənzərə ortaya çıxarır.
Ortaya çıxası çox şeylər var, niyələr, nə üçünlər... və cavabsız qalan suallar...
Danışmalı çox şey var, amma hələlik   bu qədər kifayət edər....
Məsələni diqqətimizdə saxlayacayıq.

Orxan Səfərli,
ATİA.AZ


Tarix: 6-10-2023, 15:18 Oxunub: 552


Bölməyə aid digər xəbərlər