11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Hektarlarla yanıb kül olan taxıl sahələri heç kimin vecinə deyil... - ŞƏMKİRDƏ

    Şəmkir rayonunda hektarlarla yanıb kül olan taxıl sahələri heç kimin vecinə deyil. Rayonun Çinarlı qəsəbəsinin ərazisində olan 500 hektardan artıq ərazi  ötən ilin sentyabr ayından  taxıl səpinini həyata kecirsə də hələ suvarılmayıb .
    Nə rayon  suvarma sistemləri idarəsi, nə də İcra Hakimiyyəti fermerlərin məhv olan  təsərrüfatının marağında deyil,  nəticədə   ölkəmiz yenə də taxıla olan təlabatını qonşu  dövlətlərdən valyuta verərək odəyəcək. Hər gün  ölkə başcısı: "Strateji məhsul sayılan taxılcılığa  geniş yer vermək lazımdır ki, ölkəmiz xaricdən  asıllığı azaltsın"  deyə car cəksə də  sahibkarlar taxıl sahələrini suvara bilmir. İdarə rəislərini  işdə tapmaq olmur, nə vaxt gedirsən "İcra Hakimiyyətindədir, iclasda " deyib   yola verirlər və beləcə bu minvalla  yazı yaya, yayı da payıza  dəyişib ili başa vururlar. Nəticədə   hektarlarla ərazilərimiz  səriştəsiz  su  təsərrüfatçıları sayəsində məhv olub. Belə olan halda  fermer  gələn ili  torpaqlarını quru şum saxlayacaq. Şəmkir suvarma sistemləri idarəsinin rəisi  Şəmkirin ərazilərini suya  həsrət  qoyduğuna  görə indi də Şəmkirdən işdən azad olunaraq  Kürdəmir suvarmasına  rəis  göndərilir. Demək bundan sonra Kürdəmir sahələrini viran qoyacaq!!!

Şəmkirli sahibkarlar onlara biganə yanaşan və əkin sahələrini susuz qoyan qurumlardan  qurtarmaq üçün ölkə başçısından kömək istəyir. 

Öz ciblərini düşünən  bəzi işbaz  "Məmurlar"  başda Möhtərəm Prezidentimizi,  daha sonra isə xalqı aldatmaqla məşğuldur! Bu isə Xalqla Dövlət arasında uçurum yaratmaq anlamına gəlir.
Yerli məmurlarımız möhtərəm Prezidentimizin "Dəmir yumruq ancaq ermənilər üçün deyil..." notasının onlara da aid olduğunu hələ dərk etmirlərmi?


Elnur Quliyev, ictimai fəal


Tarix: 17-04-2023, 12:31 Oxunub: 326


Bölməyə aid digər xəbərlər