"Qarabağın erməniləri bunu anlamalıdır, əks halda..." - Politoloq

"Ermənistan saytları xəbər yayıblar ki, “Azərbaycan Ermənistandan Qarabağa ötürülən qazı yenə kəsib”. Bu məsələyə birdəfəlik son qoymaq lazımdır" -  bunu politoloq Elxan Şahinoğlu bildirib.
 Ekspert Ermənistandan çəkilən boru xəttinin qanunsuz olduğunu qeyd edib:
 "Ermənistandan Qarabağa çəkilən boru xətti də, ötürülən qaz da Azərbaycan qanunlarına, o cümlədən beynəlxalq hüquqa ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu səpgidə bəyanat yaymasına ehtiyac var ki, kimsə bizi ittiham etməsin. Boru xətti işğal dövründə çəkilib və Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə qaz ötürür".
Ekspert qazla bərabər, digər kommunikasiya xətlərinin də ləğv ediləcəyini vurğulayıb:
 "Azərbaycanda qaz mərkəzləşdirilmiş şəkildə paylaşdırılır, Qarabağın ermənilərinə anlatmalıyıq ki, qazın istifadəsini Azərbaycan qanunlarına uyğunlaşdırmaq lazımdır, əks halda Ermənistandan qanunsuz qaz ala bilməyəcəklər. Bu deyilənlər Ermənistandan Qarabağa ötürülən digər qanunsuz kommunikasiya xətlərinə də aiddir".
 
Əzizə Zeynal



Tarix: 11-03-2023, 12:55 Oxunub: 209


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930