Masazırda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrilib...

Abşeron rayonu, Masazır 5 nömrəli tam orta məktəbinin həyəti sahibsiz itlərin məskəninə çevrilib.
Valideynlər deyirlər ki, övladları hər səhər təhlükə ilə üz-üzədirlər.
Hətta vəziyyət o yerə çatıb ki, uşaqlar məktəbə gələrkən özləri ilə ağac parçası da gətirmək məcburiyyətində qalırlar.
Məktəbin direktor müavini Cəlalə Rzayeva bildirib ki, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyətiı qurumlara müraciət olunub.
Abşeron rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələdən xəbərdardırlar.
'”Güzdək qəsəbəsi ərazisində sahibsiz küçə itlərinin saxlanılması və baxılması üçün yer ayrılıb. Hazırda həmin ərazidə işlər həyata keçirilir. İşlər bitdikdən sonra sakinlərin narazılığına səbəb olan problem aradan qalxacaq'’, - deyə məlumatda bildirilib.
 Daha ətraflı Xezerxeber.az hazırladığı videomaterialda:


Tarix: 3-11-2022, 04:22 Oxunub: 509


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031