Bu deputatlar AzTV-yə qarşı: "Savadsızın, yekəxananın biridir" - FOTO

        Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.
    Deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı tənqidi status paylaşıb.
Paylaşımda deyilir: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var, Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.
     Deputat Etibar Əliyev həmkarının statusuna dəstək verərək, AzTV rəhbərliyinin fəaliyyətindən narazılığını dilə gətirib.
    “ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir” - parlamentari şərh bölümündə yazıb.
 


Tarix: 25-09-2022, 08:27 Oxunub: 366


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31