Türkiyənin reytinqli layihələrindən olan "Kim milyoner olmak ister?" yarışmasının ötən gün yayımlanan buraxılışı hər kəsi şoka salıb.
ATİA.AZ xəbər verir ki, yarışda iştirak edən universitet tələbəsinə "1924 və 1961-ci illərin Konstitusiyasında Türkiyənin paytaxtı hansı şəhər qeyd edilib" sualı ünvanlanıb.
Variantlarda Ankara, İstanbul, Sivas, Ərzurum şəhərlərinin adları yer alıb. Tələbə düzgün cavabı tapa bilməyib. Tamaşaçıların və "50:50" köməyinin istifadəsindən sonra "B" varinatını söyləyərək cavabın Ankara şəhəri olduğunu deyib. O, güc-bəla ilə cavab verdiyi sualdan 5000 lirə (təxminən 573 AZN) məbləğ əldə edib.
Universitet tələbəsi olduğu halda Türkiyənin paytaxtını bilməməsi və köməkdən istifadə etməsi Kenan İmirzalıoğlunun qınağına səbəb olub. Aktyor əsəbindən gülümsəyərək iştirakçıya "Yaxşı ki, başqa ölkənin paytaxtını soruşmadıq. Türkiyənin paytaxtı heç zaman dəyişmədi" sözlərini deyib.
Tələbənin belə bir əhəmiyyətli suala cavab verə bilməməsi sosial şəbəkələrdə də tənqidə tuş gəlib.
Bölməyə aid digər xəbərlər