11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ATİA.AZ saytında dərc olunan "Qazilərimizə "Qazilik vəsiqəsi" pul müqabilində verilir... - QAZAXDA" sərlövhəli yazı ilə bağlı Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin Qazax rayon şöbəsinin sədri Seyfəddin Məmmədovun açıqlaması...

27.10.2021-ci il tarixdə ATİA.AZ  saytında dərc olunan "Qazilərimizə "Qazilik vəsiqəsi" pul müqabilində verilir... - QAZAXDAsərlövhəli yazı ilə bağlı nəhayət bugün  Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin Qazax rayon şöbəsinin sədri  Seyfəddin Məmmədovun özündən açıqlama aldıq. 

Seyfəddin Məmmədov ATİA.AZ-a  açıqlama verərkən bildirdi ki, "Qazilərə"  verilən "Qazilik  vəsiqəsi"ni 10 azn pul müqabilində veririk. 
10 Azn-in  5 Azn-i bizim cəmiyyətə,  5 Azn-i isə Bakı şəhərində Cəmiyyətdə oturan Mustafa adlı şəxsə çatır. 

Seyfəddin Məmmədov 5 azn aldığını belə izah etdi ki, həmin 5 Azn-i Bakı şəhərinə qazilərə qazilik vəsiqəsi düzəltməyə gedərkən yol məsrəfi,  birdəi  kağız vərəqə sərf edirik. 
Bakıya Mustafa adlı şəxsə çatan 5 azn  isə vəsiqə rüsümudur. 

Nəzərinizə çatdırım ki, Seyfəddin Məmmədovla bağlı yayılan səs yazısında Seyfəddin bəy, səs yazısında qeyd edirdi ki, 10 Azn-in  5 Azn-i  Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin Sədri Firudin Məmmədova çatır. Bu gün isə başqa bir ad dedi. 

ATİA.AZ saytı olaraq bizdə inanırıq ki, aidiyyatı qurumlar bu məsələni ciddi araşdırıb anında lazımı tədbir görəcəkdir.


Tarix: 29-10-2021, 20:57 Oxunub: 572


Bölməyə aid digər xəbərlər