11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
SAXTA "QARABAĞ ƏLİLİ" HƏQİQİ QARABAĞ ƏLİLLƏRİNİ TƏHQİR EDİR....

Qazax rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin (QƏQİB)sədri  Seyfəddin Məmmədovdan Prezidentə müraciət ünvanlanıb.

Şikayətdə iddia olunur ki, Qazax rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri  Seyfəddin Məmmədovun əlillik statusu saxtadır.

Şikayətçilər bildirir:
"Saxta yollarla QƏQİB-in sədri olan Seyfəddin Məmmədovun beş medalı var. Həmin medallardan ikisi Əfqanıstan medalı,  üçü isə Azərbaycan medalıdır. Bu adam Əfqanıstan dövlətinin xəritədə belə harada yerləşdiyini bilmədiyi halda necə olur ki, Əfqanıstan medalı alıb? 
Bundan əlavə 1992-93 cü illərdə bizimlə bərabər orduda olub, necə olur ki, biz zabit ola-ola bizim medalımız yoxdur, amma döyüşlərdən yayınıb Gürcüstanda gizlənən Seyfəddin Məmmədovun 3 medalı var? 
Bu medalları hardan və necə əldə edib???

Qarabağ Əlili müavinəti (Pensiya) alan Seyfəddinin gözünü uşaq vaxtı öz kəndçisi və yaxın qohumu yava ilə çıxarıb. Əmək müavinəti aldığı halda  necə oldu ki, birdən-birə Əlil müavinəti aldı? 
Saxta yollarla bu gün QƏQİB-in sədri vəzifəsində olan Seyfəddin Məmmədov vaxtilə narkaman və içki aludəçisi olub. Günü bu gün də içib çayxanalarda Qarabağ Əlillərini təhqir edir. 
Bu ixtiyarı Seyfəddin Məmmədova kim verib? Kimlər bunun arxasında himayədarlıq edir?
Ali Baş Komandanımız İlham Əliyev cənablarından bu məsələnin nəzarətə götürülüb araşdırılmasını və tədbir görülməsini xahiş edirik." 

ATİA.AZ saytına ünvanlanan video-müraciəti təqdim edirik:



Elnur Quliyev, ATİA.AZ


Tarix: 26-07-2021, 08:07 Oxunub: 1 557


Bölməyə aid digər xəbərlər