Müdafiə Nazirliyinin saxlanılan 4 hərbçisi barədə məhkəmə ilkin qərarı verdi

Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.
Əldə etdiymiz  məlumata görə, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Saxlanılanlar barəsində istintaq orqanının təqdimatına baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara hakim Elbəyi Allahverdiyev baxıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Tarix: 13-02-2022, 19:30 Oxunub: 257


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31