ZİBİLLİKLƏR XƏSTƏLİK MƏNBƏYİNƏ ÇEVRİLİB... - QAZAXDA...

Qazax rayonu, Ürkməzli kəndinə gedən magistral yolun kənarına baxanda kimliyindən asılı olmayaraq adamın ürəyi ağzına gəlir... 
Belə bir iyrənc mənzərə  bəlkə də Azərbaycanda yoxdur!!! 
Belə bir zibillik sizcə xəstəlik yaymırmı? Pandemiya əleyhinə mübarizə aparılan bir dövrdə RİH başçısı Rəcəb Babaşovun bu mənzərədən xəbəri yoxdursa, xəbəri olsun!!! 
İnanıram ki, mənim paylaşdığımız bu görüntünü tez bir zamanda RİH başçısına çatdıracaqlar.
Başçının nəzərinə çatdırırıq  ki, bu iyrənc  mənzərədən aidiyyəti qurumların xəbəri var! 
Maraqlı olan odur ki, xəbərləri ola-ola  heç bir tədbir görülmür!!! Görəsən bu "məmurlarımız" nə etmək istəyirlər? 
Bu yazıya yəqin ki, rəhbər işçilərimiz bir münasibət bildirəcəklər...
Sözü gedən hər bir aidiyyatı məmurların mövqeyini dərc etməyə hazırıq.


Elnur Quliyev, ATİA.AZ

Tarix: 26-11-2021, 08:33 Oxunub: 912


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31