11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
DİN-dən Fuad Muradov barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən modern.az-a a verilən məlumata görə, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub.
Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Aslan İsmayılov özünün feysbuk hesabında Fuad Muradovla bağlı paylaşım edib. O bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edən F.Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabr tarixində DİN-ə ərizə ilə müraciət edib.
İsmayılovun sözlərinə görə, o, bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib və sübutları təqdim edib: "Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir".
Qeyd edək ki, F.Muradov “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur.


Tarix: 13-09-2021, 21:58 Oxunub: 1 136


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı