Kəlbəcərdə əsgərimiz həlak oldu

Kəlbəcərdə xidmət edən Azərbaycan Ordusunun əsgəri Əsgərov Aydəniz Elburus oğlu həlak olub.
 
Bu barədə əsgərin yaxınları məlumat yayıb.
 
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
 
Qeyd edilib ki,  A.Əsgərov Sabirabad rayonunun Poladtuğay kəndinin sakini olub.
*****************************************************************************************************************
*****************************************************************************************************************
Kənd icra nümayəndəliyindən  xəbəri təsdiqləyiblər. Bildirilib ki, sakinlər əsgərin nəşini qarşılamağa hazırlaşır.
 
Bu gün vida mərasimi keçiriləcək, sonra onun cənazəsi kənd məzarlığında torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərov Aydəniz Elburus oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Modern.az​​​​


Tarix: 22-08-2021, 14:31 Oxunub: 502


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930