11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
Kameranı söndürün, çəkiliş bitdi…

Kubra Məhərrəmova yazır… 
Ağdamın Yusifcanlı kəndi. Sirac kameraya əl edir, dron uzaqlaşır Siracdan, lap uzaqlaşır, beləcə Sirac da sağollaşır bizimlə ... Göylərə ucan dronun obyektivi bizə xaraba qalmış Ağdamı göstərir. 
Bilirsiniz, kamera özü-özünə heç nə çəkə bilmir. Kamera operatorun gözü ilə görür, ürəyi ilə çəkir hər kadrı. Sirac da işğaldan azad olunmuş torpaqlarda, kadrlara öz dərdini çəkirdi. Çünki özü də məcburi köçkün idi. 
Yandırılmış torpağını, sökülmüş evini, dağıdılmış yurdunu çəkirdi. Bütün evi dağıdılmış insanların gözü ilə görürdü hər viran qalan evi, hər uçurdulmuş divarı... Özü də bir göz qırpımında uçdu... Yox oldu. Kadr bitdi, qara fon gəldi... 
Bu gün iki həmkarımızı itirdik. Kəlbəcərdə, KamAZ-la çəkilişə gedərkən tank əliyhinə minaya düşdülər. AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov xidməti vəzifələrini yerinə yetirərkən həlak oldular. Həmkarlarımızla birgə Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev də həlak oldu. Hər üçünə şəhid statusu veriləcək. 
Necə də qəribədir, ilk media şəhidlərimizi müharibə bitəndən 8 ay sonra veririk. 8 ay sonra dəfn edirik.
Ermənilərin bizə qarşı terroru bitmir. Mülki əhaliyə qarşı qırğın davam edir. Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır. Bununla da beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir. Və ən əsası bir daha necə şərəfsiz, necə murdar olduğunu sübut edir. Amma kimə? Bizə? Biz onsuz da ermənilərin necə şərəfsiz, murdar olduğunu bilirik. 
Bəs ermənini qoruyan şərəfsizlər necə? Niyə lələ-gülədən dəm vuran Avropa ölkələri bir dəfə də olsun Ermənistandan mina xəritələrini tələb etməyib? Bir dəfə də olsun qınamır? Niyə Avropa insan haqları müdafiəsi məsələsi gündəmə gələndə ancaq allı-güllü adamların müdafiəsinə çıxır? Bu gün erməni terrorunun növbəti qurbanı olan jurnalistlərin haqqı niyə qorunmur? 
Kim bizə deyə bilər ki, hələ nə qədər mülki şəxs işğaldan azad olunmuş torpaqlarda minaya düşəcək, neçəsi həlak olacaq?
Hələ nə qədər jurnalist xidməti vəzifəsini yerinə yetirəndə həlak olacaq? Hanı bəs qışqıran, hayqıran təşkilatlar? 
Yoxdur, səsləri gəlmir. Bəlkə gorbagor olublar? Bəlkə özləri minaya düşüb parçalanıblar? 
Bunun qarşısında da erməni telegram kanalları sevinclə yazır ki, erməni hərbçiləri müharibə bitəndən sonra belə türkləri qırır. Müharibə davam edir.
Hamıya bəllidir ki, Ermənistan tərəfi Kəlbəcərdən öz qoşunlarını çıxararkən xeyli sayda minalar basdırıb. Bunun da bədəlini biz ödəyirik. Heç bir beynəlxalq təşkilat ödəmir. 
Bircə onu deyə bilərəm ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanandan sonra hələ bir erməni minaya düşməyib. Əsir götürülüblər, döyülüblər, söyülüblər, amma həlak olmayıblar.
Qulağımda hələ də Siracın sözləri səslənir: “Mənim özüm də məcburi köçkünəm, hər evi gördükcə öz evimizi gözümün önünə gətirirəm ... “ 
Heyif sizdən. Namərd tələsinə düşdünüz...


Tarix: 4-06-2021, 15:35 Oxunub: 643


Bölməyə aid digər xəbərlər