“Rayon qeydiyyatında olanlar Bakıya buraxilacaqmı?” sualına RƏSMİ CAVAB

     "Rayon qeydiyyatında olan vətəndaşların Bakı şəhərinə buraxılmasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmayıb" - bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.


     NİİM rəhbəri qeyd edib ki, təşkil olunacaq postlar nəqliyyat vasitələrinin bir-bir saxlanılıb yoxlanılması üçün nəzərdə tutulmayıb:


     "Sadəcə, tədbir keçirilən ərəfədə bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Postlar sadəcə, tədbirin gedişatında avtomobillərin hərəkətinin sayının azadılması üçün nəzərdə tutulub. Həmin zaman sürücüyə alternativ yol təklif olunacaq. Yox, əgər o, özünün nəzərdə tutduğu yoldan getməklə bağlı fikrini dəyişirmirsə, o zaman postdan fasilərlərlə buraxılacaq”.


Tarix: 2-11-2024, 10:21 Oxunub: 399


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031