İran hakimiyyəti edamları davam etdirdikcə ölkədə etirazlar daha da alovlanır.
İran mənbələrinin məlumatına gğrə artıq etirazların növbəti dalğası başlayıb və proses edam hökmlərinə qarşı istiqamətlənib.
İranın iri şəhərlərində əhali hər gün küçələrə çıxaraq edamların dayandırılmasını tələb edir. Ölkə boyu isə aksiyalar müxtəlif formalarda təzahür edir. Bəzi şəhərlərdə etirazçılar əsasən İran liderlərinin portretlərini yandırır.
Teokratik rejim isə edamları davam etdirməkdə israrlıdır. Bu günlərdə daha bir fəal barəsində edam hökmü çıxarılıb. Məhəmməd Qubadlı adlı həmin fəal Kərəcdəki Rəcayi həbsxanasında saxlanılır. Onun edamı da "Allaha qarşı müharibə” maddəsi ilə əsaslandırıb.
Bu arada etirazçılar edam olunanların dəfn mərasimlərini də aksiyaya çevirmək ənənəsini davam etidir. Bu tip aksiyalara İrandan kənarda da rast gəlinir. Bəzi Avropa ölkələrində yaşayan İran vətəndaşları şərti dəfn mərasimləri düzənləyərək dünyanın diqqətini edam hökmlərinə yönəltmək istəyirlər.
Bundan başqa, xaricdə yaşayan iranlılar edamlara etiraz olaraq intihara da əl atırlar. Onlardan biri də Fransanın Lion şəhərində yaşayan Məhəmməd Moradidir. O bir neçə gün əvvəl intihar edib. Onun intiharı aksiya xarakteri daşıyır. Məhəmməd Moradı bu addımı ilə dünyanın diqqətini İranda baş verənlərə yönəltmək istəyib.
Dünən onun dəfn mərasimi keçirilib. Mərasimə Lion şəhərində yaşayan xeyli insan qatılıb. Onlar İran hakimiyyətinin əleyhinə şüarlar səsləndirib.
İranlı fəallardan aldığımız məlumata görə, hakimiyyət aksiyaların növbəti fazaya keçdiyinin fərqindədir. Bu baxımdan daha amansız tədbirlərə əl atmaq planlaşdırılır. Lakin narazılıq o həddədir ki, xalq rejimin istənilən addımına qarşı dirəniş göstərməkdə israrlıdır.
Bölməyə aid digər xəbərlər