Bu 3 ölkə Ermənistanı cəzalandıracaq - Danielyan

Çoxları vacib və təhlükəli bir məsələni anlamır, əgər Cənubi Qafqazın 3 ölkəsindən biri regiona 4-cü güc mərkəzini gətirsə, ona eyni zamanda 3 böyük qonşu ölkə - Rusiya, Türkiyə və İran tərəfindən düşmən kimi baxılacaq.
  Bu  barədə erməni ekspert Stepan Danielyan Feysbuk səhifəsində yazıb.
“Çoxları anlamır ki, Cənubi Qafqazda sülh yalnız İran, Rusiya və Türkiyə  arasında güc balansı və qarşılıqlı maraqlar olduqda mümkündür. Həm də başa düşmürlər ki, regiona 4-cü ölkə daxil olarsa, güc balansı pozulacaq və müharibənin genişlənməsi ehtimalı yaranacaq”, - deyə o bildirib.
Danielyan əlavə edib ki, vaxtilə bu siyasi xəttə görə Gürcüstan cəzalandırılıb:
“İndi Ermənistanın siyasi hakimiyyəti belə bir eksperiment aparır. Bunun sonu pis ola bilər. Ümid edirəm ki, İranın xarici işlər naziri İrəvanda bir daha buna aydınlıq gətirdi”.
Qeyd edək ki, Ermənistanın öz ərazisinə AB “missiyasını” buraxması İranda ciddi qıcıqla qarşılanıb.
 axar.az


Tarix: 21-10-2022, 08:45 Oxunub: 170


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930