13:35 / 16-12-2024
Direktor ev dustağı oldu
Çində məmuru korrupsiyaya görə edam etdilər

Çin Mərkəzi Televiziyasının (CTC) məlumatına görə  Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Jianpin korrupsiya cinayətinə görə edam edilib.

     “Ali Xalq Məhkəməsinin qərarına əsasən, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin ara xalq məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib”, – materialda deyilir.

Aydınlaşdırılır ki, Lia Jianpinq müxtəlif dövlət vəzifələrini tutarkən 199 milyon dollar məbləğində büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunub. Sabiq məmur, həmçinin başqa şəxslərdən 80 milyon ABŞ dollarından artıq məbləğdə maliyyə və maddi sərvətlər alıb, həmçinin dövlət büdcəsindən 146 milyon dollardan artıq vəsaiti sui-istifadə edib.


Tarix: Вчера, 12:40 Oxunub: 34


Bölməyə aid digər xəbərlər
26-10-2024, 10:25 Yeni HƏBS DALĞASI
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı