"Yalnız Tramp Rusiya və Ukraynanı danışıqlar masasına gətirə bilər" - Stiven Çunq

      "Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqların predmeti anti-Rusiya sanksiyalarının ləğvi ola bilər. Yeni seçilmiş prezident Donald Tramp bu məsələdən münaqişənin həllində sövdələşmə vasitəsi kimi istifadə edəcək" - bunu "RİA Novosti" agentliyinə açıqlamasında türkiyəli analitik Serhat Lətifoğlu deyib.
      “Əlbəttə, sanksiyaların ləğvi Ukrayna üzrə danışıqların hansısa mərhələsində məqama çevriləcək", - o qeyd edib.
Lətifoğlunun sözlərinə görə, müvafiq addım dərhal baş verməyə bilər, çünki Trampa Ukraynada atəşkəs lazımdır. Ekspert hesab edir ki, gələcək Amerika prezidenti Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsindən özünün "kozır"ı kimi istifadə edəcək.
    Bundan əvvəl Trampın keçid qrupunun kommunikasiya direktoru Stiven Çunq demişdi ki, yalnız ABŞ prezident seçkilərində qalib gələn Tramp Rusiya və Ukraynanı danışıqlar masasına gətirə bilər.

Hüseyn İbadlı


Tarix: 18-11-2024, 08:42 Oxunub: 358


Bölməyə aid digər xəbərlər
27-09-2024, 11:47 Serhat Akın güllələndi


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031