16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Braziliyada yoluxma halları pik həddə çatdı

Braziliyada koronavirusa yoluxma hallarına görə pik hədd yaşanır.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-ün  səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.
Onun sözlərinə görə, ölkə COVID-19 pandemiyasının orta dövründədir.
“Gündə yeni yoluxma hallarının sayı 40-45 min arasında sabitləşib. Beləliklə, aprel və may aylarında gördüyümüz gündəlik artımlar indi müşahidə edilmir. Bu baxımdan, halların sayı sabitləşib, lakin gündəlik olaraq azalmır”, - deyə Rayan əlavə edib.
O əlavə edib ki, Braziliyada ölənlərin sayı hələ də azalmayıb.
Onun proqnoza görə, digər ölkələrdə olduğu kimi bu da avtomatik olaraq baş verəcək.
Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünyada ikinci yerdədir.


Tarix: 19-07-2020, 11:54 Oxunub: 347


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031