21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Linkin Park geri dönür

Amerikalı nyu-metal qrupu Linkin Park yenidən bir araya gəldiyini, yeni albomunu və konsert turunu açıqlayıb. Qrup 2017-ci ildən bəri çıxış etmir.
 
Aparıcı müğənni Çester Benninqtonun ölümündən sonra fəaliyyətini dayandırıb.
 
Yeni heyətdə onun yerini 38 yaşlı Emili Armstronq tutacaq. Qrup Moskva vaxtı ilə sentyabrın 6-na keçən gecə "YouTube"da canlı yayımda iştirak etdiyi “The Emptiness Machine” adlı ilk treki təqdim edib.
 
Noyabrın 15-də qrup 8-ci studiya albomu olan "From Zero"nu buraxacaq. Artıq buraxılmış 7 studiya albomundan 6-sı ABŞ-da ən azı bir dəfə platin statusu alıb; qrupun 2000-ci ildə çıxan ilk albomu olan "Hybrid Theory" 12 dəfə, ikincisi "Meteora" isə 8 dəfə platin alıb.
 
Qrupun ümumi satışları 100 milyon rekordu keçərək, onu öz sahəsində ən uğurlu şirkətlərdən birinə çevirib.


Tarix: 6-09-2024, 12:35 Oxunub: 112


Bölməyə aid digər xəbərlər