13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
“Badam” Klinikasının “Göz TIRI” Bərdəyə gedir

“Badam Medical Center”in səyyar klinikası regionlarda ödənişsiz müayinələri davam etdirir. Səyyar klinika iyulun 15-dən avqustun 3-dək qədim Bərdə şəhərində əhalinin xidmətində olacaq.

Klinikanın İctimaiyyətlə əlaqələr üzrə meneceri Çingiz Özgürün verdiyi məlumata görə, təqribən ay yarım əvvəl başlanılan bu aksiya Beyləqan və Ağcabədi rayonlarında böyük rəğbətlə qarşılanıb.

Aksiyanın keçirilməsində məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır: “Bərdə Rayon İcra Hakimiyyəti və “Badam” Klinikasının birgə tədbiri olan bu layihədə göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, icbari tibbi sığortanın dəstəyi ilə göndərişlər alınaraq “Badam Medical Center”də peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək. Müayinələri bu tibb ocağının “Nur” Göz Mərkəzinin həkimləri həyata keçirəcək”.

Qeyd edək ki, səyyar klinika Bərdə şəhərinin mərkəzində, “Bərdə Hotel”in yanında dayanacaq.

Əlavə məlumat almaq istəyənlər bu nömrələrə zəng edə bilərlər:
 (050) 6006699, (012) 5386699,
*6699 


Tarix: 15-07-2024, 10:46 Oxunub: 492


Bölməyə aid digər xəbərlər