Nazir prezidentə cadu etdi, həbs olundu

Maldiv adalarında nazirlərdən biri ölkə prezidentinə cadu etdiyi üçün həbs edilib Bu barədə yerli "The Sun" qəzeti yazıb.

Məlumata görə, Maldiv adaları polisi ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Ali Saleemi həbs edib. O, ölkə prezidenti Məhəmməd Muizuya qarşı cadu etməkdə şübhəli bilinir.

Nazir iyunun 23-də nəzarətə götürülüb. Onunla birlikdə qohumlarından biri və cadugər olduğu iddia edilən şəxs həbs edilib.
 
Mətbuatda yayılan məlumatlara görə, həbs edilən şəxslər xanım nazirin yenidən prezidentə yaxın olması üçün cadu mərasimində iştirak ediblər.
 
O, ekologiya naziri olana qədər prezident sarayında işləyib. Bundan əlavə, onun keçmiş əri əvvəllər prezidentin yaxın adamlarından biri olub və nazir vəzifəsində çalışıb, lakin bir neçə ay əvvəl o, işdən çıxarılıb.
 
Cadugərlik Maldiv adalarında cinayət sayılmır, lakin şəriət qanunlarına görə altı aylıq həbslə cəzalandırılır.


Tarix: 27-06-2024, 22:07 Oxunub: 415


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930