Konsertdə atışma - 2 nəfər öldü

ABŞ-nin Texas ştatının Round-Rok şəhərində konsert zamanı atışma baş verib, iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Bloomberg”ə istinadən xəbər verilir ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olub. Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.
 
Polis hələ şübhəli şəxsi saxlamayıb. Faktla bağlı araşdırma aparılır.


Tarix: 17-06-2024, 22:33 Oxunub: 260


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31