Ermənistanda gecə vaxtı atışma: MTN əməkdaşı və hərbçi öldürüldü



Ermənistanın Araqasotn rayonunda atışma olub.
 
Hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.
Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.
Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.

Report


Tarix: 20-06-2022, 08:38 Oxunub: 298


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930