Dilan Polat Psixiatriya Xəstəxanasına göndərilir

7 aydır həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polatın 3 ay müddətinə Bakırköy Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə qərar verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Polat müalicəsindən sonra həbsxanaya qayıdacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.


Tarix: 27-05-2024, 19:15 Oxunub: 559


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31