11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İranda qadın jurnalist həbsxanaya salındı - 10 il cəza

İranda məhkəmə jurnalist və qadın hüquqları müdafiəçisi Gina Modares Qorjiyə hökm oxuyub. Bu barədə İranın Hengav hüquq müdafiə təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ictimai fəal “hakimiyyəti devirmək məqsədi ilə gizli qrup yaratmağa” görə 10 il, “düşmən qruplar və hökumətlərlə əməkdaşlıq”a görə daha 10 il, “hakimiyyət əleyhinə təbliğat”a görə isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Yekunda o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gina Modares Qorji xüsusilə “hökuməti devirmək məqsədi ilə feminist ideologiyaya malik təşkilat yaratmaqda”, “mitinqlərdə iştirak etməkdə və şüarlar səsləndirməkdə”, “antiinqilabçı ünsürlərlə ünsiyyətdə olmaqda”, “beynəlxalq konfrans və seminarlarda iştirak etməkdə” və Məhsa Əmininin ölümündən sonra “cəmiyyətdə gərginlik yaratmaq”da ittiham olunurdu.

Fəal həmçinin “yalan məlumat yaymaq və insanları zorakılığa təhrik etmək” maddəsi ilə də istintaqa cəlb olunacaq.


Tarix: 27-05-2024, 12:55 Oxunub: 109


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı