Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzaladılar

Dünyanın müxtəlif ölkələrindən 39 bioloq və filosof heyvanlarda şüuru tanıyan bəyannamə imzalamaq üçün bir araya gəlib. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
 
Nyu-York Universitetinin nəşr etdiyi bəyannamə təkcə məməlilər və quşları deyil, həm də sürünənləri, suda-quruda yaşayanları, balıqları və bir çox onurğasızları, o cümlədən həşəratlar, xərçəngkimilər, omar, kalmar, osminoq və dəniz molyuskasını əhatə edir.
 
Bu iddianın arxasında duran alimlər həmin heyvanlarda şüurlu təcrübəni göstərən hədsiz elmi dəlillərə əsaslanırlar. Sübutlara son illərin kəşfləri daxildir. Məsələn, Ryerson Universitetinin kanadalı tədqiqatçıları balıqların güzgü testindən keçməyə qadir olduğunu nümayiş etdiriblər. Psixoloq Qordon Qallup tərəfindən hazırlanmış bu test heyvanın özünüdərketmə qabiliyyətini təyin etmək üçün ümumi qəbul edilmiş bir üsuldur.
 
Bəyannamə heyvanlara daha humanist rəftarın zəruriliyini vurğulamaqla yanaşı, həm də insan növündən kənar şüur və hisslərə həsr olunmuş elmi tədqiqatlarda yeni dövr açır.


Tarix: 24-04-2024, 14:11 Oxunub: 198


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930