Antalyadakı kanat qəzasında şübhəli bilinən 13 nəfər saxlanıldı

Türkiyənin Antalya şəhərində Tünektəpə kanat xəttində qəza baş verib. Kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb.  Parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir. Qəzadan sonra kanat xəttinin dayanması səbəbindən çox sayda insan kabinələrdə köməksiz qalıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunçun verdiyi açıqlamaya görə, kanat qəzası ilə bağlı məsul şirkətin işçiləri də daxil olmaqla 13 şübhəli saxlanılıb.


Tarix: 14-04-2024, 11:45 Oxunub: 371


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930